• 26 Aprel 2024
logo
Moskvada sərnişin təyyarəsi təcili eniş edib

Moskvada sərnişin təyyarəsi təcili eniş edib

Moskvanın Şeremetyevo hava limanından İsrailin paytaxtı Təl-Əvivə uçan “Boeing 777” təyyarəsi geri qayıtmalı olub.

Trend-in məlumatına görə, təyyarə havaya qalxdıqdan sonra yanacaq sensoru işə düşüb.

Nəticədə pilotlar təyyarəni geri qaytarmaq qərarı verib.

Təyyarə Şeremetyevo hava limanında uğurlu eniş edib. İnsident nəticəsində xəsarət alanlar olmayıb.