• 2 Mart 2024
logo
Rusiya Donbasda kütləvi hücuma başlayıb

Rusiya Donbasda kütləvi hücuma başlayıb - Ukrayna

Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücumlara başlayıb. Hazırda döyüşlər davam edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya qüvvələri Slavyansk istiqamətini Nemalenkovo, Suliqovka və Mazanovka yaxınlığını tanklardan, top artilleriyasından və çoxsaylı buraxılış raket sistemlərindən atəşə tutub.
Həmçinin, Novodmitrovka, Vernopolya, Kurulka, Baxmut, Zaiçevoye və Kodema yaşayış məntəqələri istiqamətində rus bölmələri hücum əməliyyatları keçirməyə cəhd etsə də, onların qarşısı alınaraq geri çəkilməyə məcur edilib.