• 18 Aprel 2024
logo
İtaliya rus qazından imtina etməlidir... - Berluskoni

İtaliya rus qazından imtina etməlidir... - Berluskoni

Rusiya Apennin yarımadasına tədarükünü dayandırmaq qərarına gəlməzdən əvvəl İtaliya rus qazından imtina etməlidir.
Bunu İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni deyib.
Berluskoninin sözlərinə görə, İtaliyanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına və tullantıları enerjiyə çevirən zavodlara ehtiyacı var.
“Bir şərtlə ki, bərpa olunan enerjiyə sərmayə qoyulsun. Heç olmasa təmiz nüvə tədqiqatları bərpa olunsun. O zaman bizə aşkar problemlər yaradan asılılığa son verə bilərik”, - Berluskoni bildirib.