• 19 Aprel 2024
logo
Rusiya Ermənistanda hərbi əməliyyat keçirəcək

Rusiya Ermənistanda hərbi əməliyyat keçirəcək – Erməni KİV

Ermənistan KİV-də antirusiya isteriyası artmaqda davam edir. Rusiya Teleqram kanalları isə, “İrəvanı qarşıda şən vaxtlar gözləyir, Ermənistanın denasifikasiyası qaçılmazdır” başlıqları altında yazılar dərc etdirir.
Bu barədə Ermənistanın “Epress.am” saytı yazıb.
Erməni nəşri qeyd edib ki, Rusiya Ermənistanın denasifikasiyası prosesinə başlamaq məcburiyyətində qalacaq:
"Həqiqətən Moskvanın artıq İrəvana barmaq silkələmək vaxtıdır. Ermənistana “Müttəfiq özünü necə aparmalıdır?” sualı verilməlidir. Kreml artıq İrəvanın bu hərəkətlərinə dözməyəcək və adekvat cavab tədbirləri görəcək".