• 29 Mart 2024
logo
Ruslar Melitopolda repressiyaya başladılar

Ruslar Melitopolda repressiyaya başladılar

Ruslar müvəqqəti işğal olunmuş Melitopolun dinc əhalisinə qarşı total repressiyalara başlayıblar. Xüsusilə şəhərdə insanların qaçırılması davam edir.
Bu barədə Melitopolun meri İvan Fyodorov deyib.
“Onlar keçid məntəqələrində hüquqi şəxslərin maşınlarını apardılar. Son bir həftədə 10 nəfər əsir götürülüb, insanların biznesləri əlindən alınır”,- o bildirib.
Merin sözlərinə görə, repressiya təkcə böyüklərə təsir etmir:
“İşğalçılar uşaqları da hədələməyə başladılar. Düşmən bütün peşə məktəblərimizi birləşdirib və bir məktəb yaradıb. Burda oxumaq istəməyən yeniyetmələri isə müharibəyə aparılmaqla hədələyiblər".