• 23 Aprel 2024
logo
Rüşdiyə hücum edən şəxs: Xomeyniyə hörmət edirəm

Rüşdiyə hücum edən şəxs: Xomeyniyə hörmət edirəm

İranın keçmiş ali dini rəhbəri Ruhullah Xomeyniyə hörmət edirəm.
Bunu Salman Rüşdiyə hücumda ittiham olunan Hadi Matar deyib.
Matarın sözlərinə görə, "Şeytan ayələri" kitabının yalnız bir neçə səhifəsini oxuyub və Tvitterdə Salman Rüşdinin Çautauqua İnstitutunda olacağını öyrəndikdən sonra ora getməyi qərara alıb.
O, Salman Rüşdini bəyənmədiyini, onun İslam və müsəlmanların inanclarına hörmətsizlik etdiyini bildirib.
Matar Rüşdiyə hücumla bağlı Xomeyninin fitvasını rəhbər tutub-tutmadığı barədə heç bir açıqlama verməyib.
Qeyd edək ki, 75 yaşlı Salman Rüşdi avqustun 12-də Çautauqua İnstitutunda hücuma məruz qalıb. Rüşdiyə hücum edən 25 yaşlı Hadi Matar məhkəmədə barəsindəki ittihamları rədd edib və günahsız olduğunu deyib.