• 26 Aprel 2024
logo
İrana qaçmaq istəyən Mehdi Mücahid öldürüldü

İrana qaçmaq istəyən Mehdi Mücahid öldürüldü

Taliban rəhbərliyinə qarşı silahlı mübarizəyə başlayan Mövləvi Mehdi Mücahid öldürülüb.
Bu barədə Taliban hökuməti məlumat yayıb.
Məlumata görə, Mövləvi Mehdi İrana keçmək istəyərkən Herat sərhədində sərhəd qüvvələri tərəfindən öldürülüb.
Mövləvi Mehdinin rəhbəri olduğu qruplaşma məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Mövləvi Mehdi Mücahid xəzərləri təmsil edən yeganə Taliban komandiri idi. Radikalların Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Mücahid Bamian əyalətinin kəşfiyyat rəisi təyin olunur. Lakin Taliban rəhbərliyi ilə qızlaerın təhsili məsələsində fikir ayrılığı yarandığı üçün vəzifəsindən uzaqlaşdırılır.
Bundan sonra Mücahid balhab əyalətində Talibana qarşı qiyam qaldırsa da, məğlub olaraq dağlara çəkilir.