• 25 Aprel 2024
logo
Daimi nümayəndə: ABŞ İranla danışıqlara hazırdır

Daimi nümayəndə: ABŞ İranla danışıqlara hazırdır

ABŞ regionda gərginliyin azaldılması üçün heç bir ilkin şərt olmadan İranla danışıqlara hazırdır.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftın Təhlükəsizlik Şurasına ünvanlanan məktubunda deyilir.

"ABŞ İran tərəfindən beynəlxalq sülhə və sabitliyə təhdidlərin qarşısını almağa çalışır", - deyə Kraft bildirib.

Məktubda əlavə olunur ki, iranlı general Qasım Süleymaninin öldürülməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur. Həmin maddə dövlətlərə özünümüdafiə hüququ verir.