• 5 Oktyabr 2022
logo
Ukrayna rusların texnika daşıdığı körpünü vurdu

Ukrayna rusların texnika daşıdığı körpünü vurdu

Ukrayna ordusu rusların ağır texnika daşıdığı Novokaxovskaya su elektrik stansiyasının yaxınlığındakı körpüyə yeni zərbələr endirib.
Bunu hərbi jurnalist Andrey Çapliyenko Teleqram kanalında yazıb.
Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk isə bildirib ki, artıq həmin körpüdən ağır texnika daşımaq mümkün deyil:
“Körpü yalnız onların (rusların) ən qiymətli əşyalarını çıxarmağa çalışdıqları minik avtomobillərinin keçidi üçün mümkündür. Körpü Ukrayna Silahlı Qüvvələrinin atəş nəzarəti altındadır”.