• 26 Aprel 2024
logo
NATO maskasını atdı, dominantlıq iddiasındadır - Şoyqu

NATO maskasını atdı, dominantlıq iddiasındadır - Şoyqu

Şimali Atlantika Alyansı Afrika, Asiya-Sakit Okean regionu və Yaxın Şərq də daxil olmaqla qlobal dominantlıq iddiasındadır.
Bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“NATO maskasını çıxarıb atdı. Blokun aqressiv mahiyyəti artıq koalisiya fəaliyyətinin yalnız müdafiə yönümlü olması ilə bağlı mülahizələrin arxasında gizlənmir. Bu gün alyansın strateji planlaşdırma sənədlərində qlobal dominantlıq iddiaları var. NATO-nun maraq dairəsinə Afrika, Yaxın Şərq, Asiya-Sakit okean regionu daxildir”, - Şoyqu bildirib.