• 23 Aprel 2024
logo
174-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

174-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 174-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 148 helikopteri, 1743 PUA-sı, 365 zenit-raket kompleksi, 4328 tank və digər zirehli texnikası, 799 reaktiv yaylım atəş sistemi, 3307 artilleriya və minaatanı, 4902 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.