• 5 Oktyabr 2022
logo
Serbiya da Rusiyadan üz çevirir - Volya

Serbiya da Rusiyadan üz çevirir - Volya

Ukraynadakı müharibə Rusiyaya qarşı kifayət qədər neytral mövqe tutan dövlətlərin baxışlarına da təsir edir.
Bunu ukraynalı politoloq Vladimir Volya deyib.
"Bir sıra məsələlərdə Serbiya qütbləşmiş cəmiyyətdir. Söhbət AB-yə üzvlükdən gedir. Rusiya ilə bağlı isə onların müəyyən asılılığı var. Neytrallıq bəyannaməsi Serbiyanın heç bir müharibədə iştirak etməməsi statusunu saxlamağa yönəlib, bu, Rusiya və Aİ-yə qarşı hərbi-siyasi baxımdan müəyyən neytrallıqdır”, - o bildirib.
Ekspert qeyd edib ki, Prezident Vuçiçin son açıqlamalarında Serbiyanın Putin rejimindən bir qədər uzaqlaşmağa başladığını göstərən amillər var:
"Dünyada hər kəs Ukraynadakı müharibənin gedişatını diqqətlə izləyir və Rusiyanın 6 aydır ki, balaca Ukraynada bataqlıqda qaldığını aydın görür. Hamı başa düşür ki, Putinin ordusu parçalanmağa başlayır. Hərbi kampaniyanın gedişi Rusiyaya qarşı kifayət qədər neytral mövqe tutan dövlətlərin mövqeyinə təsir edəcək. Serbiya da belə ölkələrdəndir".