Çin Tailandla birgə hərbi təlimlərə başlayır.
Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Tailandda sabah başlayacaq “Şahin zərbəsi” təliminə Çinə məxsus qırıcı və bombardman təyyarələri də qatılacaq:
“Laos sərhədi yaxınlığındakı “Udorn” Kral Hərbi Hava Qüvvələri bazasında keçiriləcək təlim zamanı havadan dəstək, quru hədəflərinə hücum, kiçik və iri qoşunların göndərilməsi sahəsində təlimlər keçiriləcək”.