• 28 Mart 2024
logo
Rusiya XİN: ABŞ Ukraynanı buna məcbur etməlidir

Rusiya XİN: ABŞ Ukraynanı buna məcbur etməlidir

Vaşinqton məğlubiyyətdən qaçmaq üçün Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya ilə danışıqlar masasına qayıtmağa məcbur etməlidir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev deyib.
“Vaşinqtonun ən yaxşı qərarı bu olar ki, Zelenskinin mənasız müqavimətini dayandırsın və çox gec olmadan onu danışıqlar masasına qayıtmağa məcbur etsin”, - o bildirib.