• 23 Aprel 2024
logo
170-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

170-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 170-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 267 təyyarəsi, 146 helikopteri, 1732 PUA-sı, 365 zenit-raket kompleksi, 4300-ə yaxın tank və digər zirehli texnikası, 797 reaktiv yaylım atəş sistemi, 3290 artilleriya və minaatanı, 4844 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.