• 24 Aprel 2024
logo
Tayvan və ABŞ arasında yeni saziş imzalandı

Tayvan və ABŞ arasında yeni saziş imzalandı

"Patriot" hava hücumundan müdafiə sistemlərinin saxlanması və təmiri ilə bağlı ABŞ və Tayvan arasında 2,52 milyard dollarlıq müqavilə imzalanıb.
Bu barədə Tayvan Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müqavilə 20 iyul 2022-ci ildən 31 dekabr 2026-cı il tarixinədək olan müddəti əhatə edir.
Tayvanlı ekspertlər bildirirlər ki, razılaşma ilə "Patriot" raketləri ölkənin hava məkanını qorumağa davam edə biləcək.