• 29 Mart 2024
logo
Solovyov: Bu dövlət sərsəmləyir – tam blokada...

Solovyov: Bu dövlət sərsəmləyir – tam blokada...

Ukrayna və onun rəhbərliyi, aydın məsələdir; ABŞ və NATO bir kənara, amma Estoniya son günlər yaman sərsəmləyir, Tallin nə etdiyini, bunun nə ilə nəticələnə biləcəyini düşünmür.
Bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Bu artıq bütün sərhədləri keçmək deməkdir. Bu tip hərəkətlərə Kreml tərəfindən sərt şəkildə cavablar gəlməlidir. Bütün əlaqələrin kəsilməsi – diplomatik və iqtisadi. Estoniyanı Duma neonasist ölkə kimi tanımalıdır. Bu ölkəyə heç nə getməməlidir - nə qaz, nə neft, ümümiyyətlə, heç nə. Onlardan da heç nə qəbul etməməliyik. Tam blokada. Bu ölkədən çıxmaq istəyənlərə isə tam dəstək və rus pasportları... Onlar Rusiyada evlə, işlə, torpaqla təmin olunacaqlar. Estonların vətəni elə Rusiyadır”, - deyə o qeyd edib.