• 19 Aprel 2024
logo
Britaniya: Putin avqusta ümid edirdi, indi isə...

Britaniya: Putin avqusta ümid edirdi, indi isə...

Rusiya Prezidenti Vladimir Putin inanırdı ki, Qərb müttəfiqləri avqusta qədər Ukraynanı dəstəkləməkdən yorulacaq və o, bu müddət ərzində əraziləri ələ keçirə biləcək.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
“İndiyə qədər onlar uğur qazana bilməyiblər. Bundan sonra da çətin ki, Ukraynanı işğal edə bilsinlər. Onların işğalı səngiyib və daim dəyişir. İndi də “xüsusi əməliyyat” adlandırdıqları müharibədə qüvvələrini yalnız cənub və şərq istiqamətində cəmləşdiriblər”, - o bildirib.
Uolles deyib ki, ruslar döyüşü üç günlük planlaşdırsa da, demək olar ki, altı aya yaxındır mübarizə aparırlar, həm texnika, həm də şəxsi heyət baxımından böyük itkilər verirlər.