Ukrayna ölkənin cənub məntəqəsində Rusiya neftinin Slovakiya və Macarıstan istiqamətində “Drujba” kəməri ilə nəqlini bərpa edib.
Bu barədə “Naftoqaz”ın bəyanatında deyilir.
Qeyd edilir ki, sanksiyalar səbəbindən ödənişlə bağlı yaranmış problemdən dolayı Ukrayna rus neftinin nəqlini dayandırmışdı.