• 28 Mart 2024
logo
Norveçdə inflyasiya rekord həddə çatdı

Norveçdə inflyasiya rekord həddə çatdı

Norveçdə inflyasiya 6,8 faizə çatıb.
Bu barədə Mərkəzi Statistika Bürosu məlumat yayıb.
Statistika Bürosunun nümayəndəsi Espen Kristiansennin sözlərinə görə, inflyasiyaya təsir edən ən mühüm amil ərzaq və sərinləşdirici içkilərin qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır. Bu kateqoriyadan olan mallar 7,6 faiz bahalaşıb.
Qeyd edək ki, bu rəqəm 1988-ci ildən bəri ən yüksək göstəricidir.