“Tesla” şirkətinin rəhbəri İlon Mask şirkətin 6,9 milyard dollar dəyərində 7,92 milyon səhmini satıb. Bu barədə “Blumberq” məlumat yayıb. Qeyd edək ki, son on ayda Mask “Tesla”nın təxminən 32 milyard dollarlıq səhmlərini satıb.