• 29 Mart 2024
logo
Ukraynada "Bayraqdar" zavodu bu tarixdə açılacaq

Ukraynada "Bayraqdar" zavodu bu tarixdə açılacaq

“Bayraqdar” pilotsuz uçuş aparatlarının istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada işə salına bilər.
Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat verib.
“Tikinti bir neçə ay çəkə bilər. Zavodun işə salınması isə 2023-cü ildə baş verə bilər", - o bildirib.
Qeyd edək ki, Kreml sözçüsü Dmitri Peskov Ukraynada “Bayraqdar” pilotsuz təyyarələrinin istehsalı zavodunun yaradılacağı təqdirdə dərhal vurulacağını bildirib.