• 23 Aprel 2024
logo
Putin Ərdoğanı dəstəklədi

Putin Ərdoğanı dəstəklədi

Rusiya Prezidenti Vladimir Putin Ankara üçün kritik məqamda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Bu barədə “Blumberq” məlumat yayıb.
“Türkiyədə seçkilərə bir ildən az vaxt qalıb və Ankaranın iqtisadiyyatını sabitləşdirməyə ehtiyacı olduğu üçün Putinin dəstəyi Ərdoğan üçün yaxşı olacaq. Həmçinin, Soçidə keçirilən danışıqlarda Türkiyənin Rusiya qazının ödənişinin rublla həyata keçirməsi ilə bağlı əldə olunan razılaşmalar lirəni sabitləşdirəcək və yeni qiymət artımı dalğasının qarşısını alacaq”, - agentlik bildirib.