• 25 Aprel 2024
logo
Ukrayna gündəlik itkilərin sayını açıqladı

Ukrayna gündəlik itkilərin sayını açıqladı

İyunun əvvəlində itkilərimiz 100-200 əsgər təşkil edirdi. İndi bu itkiləri üç dəfə azaltmağı bacarmışıq.
Bu barədə Ukraynaya Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Hər gün cəbhədə 30-50 nəfər ölür. Amma yenə də bu barədə danışmaq bizim üçün düzgün deyil. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı neçə nəfərin öldüyü ilə bağlı konkret rəqəmləri verə bilər", - Podolyak bildirib.
Podolyakın sözlərinə görə, iyunda ağır itkilərə səbəb müharibənin ikinci mərhələsinə keçid, artilleriya müharibəsinin başlaması və düşmənin Ukrayna mövqelərini bombardman etməsi ilə bağlı idi:
“Ancaq bu gün itkilərin sayı azalır. Birincisi, ona görə ki, bizim reaktiv yaylım atəş sistemləri Rusiya ordusunun logistika mərkəzlərində çox səmərəli işləyir. İkincisi, Rusiya ordusu bütün cəbhə xətti boyunca yenidən yerləşdirilir. Üçüncüsü, bizimkilər artıq rus ordusunun taktikasına uyğunlaşıb və daha mobil, daha effektiv müdafiə olunurlar”.