• 8 Dekabr 2022
logo
Əlcəzair Rusiya ilə birgə təlimlər keçirəcək

Əlcəzair Rusiya ilə birgə təlimlər keçirəcək

Əlcəzairdə ilk dəfə "Səhra qalxanı 2022" adlı Rusiya-Əlcəzair birgə anti-terror təlimləri keçiriləcək.
Bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.
"Səhra qalxanı 2022" anti-terror təlimləri Əlcəzairdə keçiriləcək. Rusiya-Əlcəzair birgə təliminə hazırlıq üzrə ikinci yekun planlaşdırma konfransı ölkənin Beçar vilayətində keçirilib. Təlim bu ilin noyabrında Əlcəzairin Hammaguir poliqonunda keçiriləcək. Təlimlərə həm Əlcəzair, həm də Rusiyadan 80-ə yaxın hərbçi cəlb olunacaq”, - məlumatda bildirilib.