• 27 Sentyabr 2022
logo
Putin strategiyanı dəyişdi, Ukrayna sağ qaldı

Putin strategiyanı dəyişdi, Ukrayna sağ qaldı - Piontkovski

Dinc şəhərlərin hər gün atəşə tutulmasına baxmayaraq, Ukraynadakı Putin ordusunun strategiyası və vəzifələri dəyişib.
Bunu rusiyalı publisist Andrey Piontkovski deyib.
O bildirib ki, Putinin müharibə planı məhvə məhkumdur:
“Üç günə Kiyevi almaq və Ukraynanı darmadağın etmək kimi iki ilkin məqsəd genişmiqyaslı müharibənin ilk günlərində pozulub. Putinin ideyası və bütün dünyaya verdiyi ultimatum, nüvə silahı ilə hədələr və Baltikyanı ölkələrə, Varşavaya “getmək” planları indi mənasız görünür. İndi diktator Avdeyevkanın ona təslim olması üçün Zaporojye atom elektrik stansiyasını partlatmaqla hədələyir və həm də ümidsiz şəkildə barışıq axtarır. Rusiya Slavyansk və Kramatorsku tutmaq, resursları cənuba ötürmək məqsədindən artıq imtina edib. Putinin müharibədəki miqyası və strategiyası dəyişdi. Ukrayna artıq ən böyük strateji qələbəni qazandı və sağ qaldı", - o bildirib.