• 6 Oktyabr 2022
logo
ABŞ Rusiya və Çini bu qitədən çıxarır

ABŞ Rusiya və Çini bu qitədən çıxarır

ABŞ Afrikada cəmiyyəti gücləndirmək niyyətindədir, çünki bu, Rusiya və Çinin hərəkətlərinə qarşı durmağa imkan verir.
Bu barədə ABŞ-ın Afrika üçün strategiyası haqqında hesabatında qeyd olunub.
“Ümumiyyətlə, açıq cəmiyyətlər ABŞ-la işləmək, ticarət və sərmayəsini cəlb etmək, Çin, Rusiya və digər oyunçuların bədxah fəaliyyətlərinə qarşı durmağa hazırdır.
Birləşmiş Ştatlar daha sabit və inklüziv Afrika iqtisadiyyatları qurmaq üçün regional hökumətlər və beynəlxalq tərəfdaşlarla işləməyə sadiqdir”, - bəyanatda vurğulanıb.
Bildirilib ki, prioritetlər arasında demokratiyanın və gender bərabərliyinin möhkəmləndirilməsi, beynəlxalq sabitliyin və kibertəhlükəsizliyin inkişafı, terrorizm, korrupsiya və iqlim dəyişikliyi ilə mübarizə kimi məsələlər də daxildir.
Həmçinin, Birləşmiş Ştatlar afrikalılara öz gələcəklərini təyin etmək üçün müsbət seçimlər də təklif edə bilər.