• 19 Aprel 2024
logo
Dünya Bankı Ukraynaya növbəti dəfə yardım ayırıb

Dünya Bankı Ukraynaya növbəti dəfə yardım ayırıb

Dünya Bankı ABŞ-dakı fondların dəstəyi ilə Ukraynaya 4,5 milyard dollarlıq yeni yardım tranşı ayırıb.
Bankdan bildirilib ki, yardımda məqsəd Ukrayna hökumətinin müharibə nəticəsində yaranan ehtiyacını ödəməkdir. Yardım ilk növbədə yerli hakimiyyət orqanlarının sosial xərcləri ödəməsi üçün nəzərdə tutulub.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, yardımın ilk 3 milyard dollarlıq hissəsi avqustun sonunadək Ukraynanın hesabına köçürüləcək.