• 24 Aprel 2024
logo
Kadırov Ukraynaya yeni “könüllülər”

Kadırov Ukraynaya yeni “könüllülər”

Könüllülərin yeni qrupu Qroznıdan Ukraynaya yollanıb.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, hərbi əməliyyatların aparıldığı bölgəyə yalnız hazırlıqlı döyüşçülər gedib:
“Ölkənin müxtəlif yerlərindən respublikaya gələn gənclər Qudermesdə Rusiya Xüsusi Təyinatlı Universitetində iki həftə praktika keçiblər. Təlim ciddi rejimdə keçilib. Yola çıxmazdan əvvəl hərbçilərə düşmənlə döyüşdə birlik, şücaət və qəhrəmanlıq nümayiş etdirmələri tövsiyə olunub”.
Qeyd edək ki, sonuncu dəfə çeçen döyüşçülər Ukraynaya iyulun sonunda göndərilmişdi.