• 20 Aprel 2024
logo
Podolyak: Avropa barıt çəlləyinin üstündə əyləşib

Podolyak: Avropa barıt çəlləyinin üstündə əyləşib

Rusiya Enerqodar şəhərində yerləşən Zaporojye AES-i açıq şəkildə nüvə silahıyla təhdid edir.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, ruslar AES-in ərazisini minalayır, sexlərdə mərmi saxlayır və Ukraynaya qarşı birbaşa bomba atmaqla təhdid edir:
“Bütün bunların səbəbi “yandırılmış ərazilər”in tərk edilməsi üçündür. Avropa hazırda barıt çəlləyinin üstündə əyləşib. BMT Təhlükəsizlik Şurasının bəyanatları, MAQATE-nin ultimatumları, CBS Nyus süjetləri haradadır?”, - o bildirib.