• 6 Oktyabr 2022
logo
Putin Şahnazarovu mükafatlandırdı

Putin Şahnazarovu mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin rejissor Karen Şahnazarovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bu barədə fərman hökumət portalında yayılıb.
“Milli mədəniyyətin və incəsənətin inkişafına verdiyi böyük töhfəyə, uzun illər səmərəli fəaliyyətinə görə "Mosfilm Kinokonserni" müəssisəsinin baş direktoru Karen Georgieviç Şahnazarov III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin”, - fərmanda bildirilib.
Qeyd edək ki, Karen Şahnazarov erməni əsilli rejissor sayılsa da, o, babalarının azərbaycanlı - alban olduğunu, sonradan xristian dinini saxladıqları üçün erməni hesab edildiklərini bildirir.