• 29 Mart 2024
logo
Britaniyadan xəbərdarlıq: Ruslar “kəpənək”dən istifadə edir

Britaniyadan xəbərdarlıq: Ruslar “kəpənək”dən istifadə edir

Rusiya Donbasda piyada əleyhinə “kəpənək” minalarından istifadə edir. Onlara görə həm hərbçilər, həm də yerli mülki əhali xeyli itki verə bilər.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Donetsk və Kramatorskda PFM-1 və PFM-1S piyada əleyhinə minalardan istifadə etməyə cəhd edir. Çox güman ki, Rusiyanın istifadə etdiyi bu minalar sovet dövründən qalıb. Minalar həm yerli əhali, həm də humanitar minatəmizləmə əməliyyatları üçün təhlükə yaradır", - məlumatda deyilib.
Qeyd edək ki, PFM-1-lər Sovet-Əfqan müharibəsi zamanı dağıdıcı təsir üçün istifadə olunurdu. Bu minalar Əfqanıstanda “kəpənək”ləri oyuncaq kimi qəbul edən çoxlu sayda uşağı şikəst etmişdi.