• 5 İyul 2025
logo
İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub

İranda qəzaya uğrayan təyyarənin sərnişinlərinin hamısı həlak olub

İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub.

Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi IRINN-ə verdiyi açıqlamada deyib.

M.Səliminin sözlərinə görə, sərnişinlərin meyitləri toplanmaqdadır.

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsi İranın İmam Xomeyni aeroportu yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 167 sərnişin, 9 ekipaj üzvü olub.

REKLAM