• 26 Sentyabr 2022
logo
Ukrayna bunu etsə, Rusiya ciddi çətinliklə üzləşəcək

Ukrayna bunu etsə, Rusiya ciddi çətinliklə üzləşəcək

Ukrayna Xerson vilayətində əks-hücum əməliyyatını davam etdirməklə İzyuma sərt təzyiq göstərə bilsə, o zaman rusları çətin seçim gözləyir.
Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Rusiya ali komandanlığının üzləşdiyi dilemmanın ciddiliyi Ukraynanın eyni vaxtda bir neçə cəbhədə genişmiqyaslı əks-hücum əməliyyatı keçirməsindən asılıdır. Əgər Ukrayna Xersonda əks-hücumunu davam etdirməklə İzyuma sərt təzyiq göstərə bilsə, o zaman Rusiya qüvvələri çətinliklə üzləşəcək. Bu halda ruslar ya İzyum ətrafındakı qərb mövqelərindən geri çəkilməli, ya da daha çox canlı qüvvə və texnikadan istifadə etməli olacaqlar”, - məlumatda deyilib.