• 9 İyun 2023
logo
Paşinyan: Bunu təmin etməyə hazırıq

Paşinyan: Bunu təmin etməyə hazırıq

Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir:
“İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən regionda sülhün bərqərar olmasının tərəfdarıdır”.
N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.