İtaliya polisi “Putinin sarayı”nın layihəsini hazırlayan memar 63 yaşlı Lanfranko Kirillonun əmlakı vergidən yayındığı üçün müsadirə edib.
Bu barədə “La Republika” məlumat verib.
Məlumata əsasən, memar 2013-2019-cu illərdə qazandığı on milyonlarla avro gəlirini hökumətə bəyan etməyib. Buna görə də, hüquq-mühafizə orqanları ona məxsus helikopteri, dəbdəbəli evləri, külli miqdarda nağd pulu və ümumi dəyəri 140 milyon funt-sterlinq olan aktivləri müsadirə edib.