• 27 İyul 2024
logo
Donbasda tanınmış separatçı öldürüldü

Donbasda tanınmış separatçı öldürüldü

Donbasda Olqa Kaçura adlı (“Korsa”) ləqəbli separatçı-terrorçu məhv edilib.
Bunu ukraynalı jurnalist Denis Kazanski məlumat yayıb.
Onun “Qrad” reaktiv yaylım atəş sistemləri divizionuna rəhbərlik etdiyi bildirilir.
“Korsa”nın məhv edilməsi separatçılar tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Olqa Kaçura 2014-cü ildə Qorlovka milis idarəsində işləyib. Daha sonra Rusiya tərəfə keçərək, terrorçu İqor Bezlerin qrupuna qoşulub. Törətdiyi əməllərə görə, Ukrayna məhkəməsi Kaçuranı qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum etmişdi.