• 27 İyul 2024
logo
Moskvada 20 min kv.m-lik anbar yanır

Moskvada 20 min kv.m-lik anbar yanır - Video

Moskva vilayətinin İstra rayonunun Petrovskoye kəndində böyük anbarın ərazisində yanğın baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Qeyri-yaşayış binasında yanğın olması barədə məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat-növbətçi hissəsinə saat 12:33-də daxil olub. Bütün anbar işçiləri binanı tərk ediblər. Yanğın sahəsi 20 min kvadratmetrdir. Ümumilikdə anbardan 1000-dən çox insan təxliyə edilib", - məlumatda deyilir. Anbar "Ozon" şirkətinə məxsusdur.