• 2 İyul 2025
logo
Misir və Yunanıstan birgə təlim keçirdi

Misir və Yunanıstan birgə təlim keçirdi

Misir və Yunanıstan Aralıq dənizində birgə təlimlər keçirib.

Bu barədə Misir Silahlı Qüvvələri məlumat yayıb.

“Silahlı qüvvələrin digər ordularla təlim səviyyəsinin yüksəldilməsi və təcrübə mübadiləsinin aparılması planının bir hissəsi olaraq, iki ölkənin qüvvələri şimal donanma bölgəsində dəniz təlimləri keçirib”, - məlumatda bildirilib.