Vaşinqton Rusiya Müdafiə Nazirliyinin HİMARS reaktiv sistemlərinin məhv edilməsilə bağlı məlumatını təkzib edib.
Bunu Pentaqonun sözçüsü Todd Bressail jurnalistlərə açıqlamasında deyib.
"Müdafiə naziri Şoyqunun bu son iddialarından xəbərdarıq. Bu, açıq-aydın yalandır", - deyib.
O qeyd edib ki, Ukrayna HİMARS sistemindən heyrətləndirici dəqiqliklə və səmərəli istifadə edir:
“Ukraynalılar ABŞ-ın Rusiyanın qəddar cinayətkar müdaxiləsindən müdafiə olunmaq üçün onlara təqdim etdiyi raket sistemlərinin diqqətəlayiq dəqiqlik və səmərəliliklə istifadə edirlər”.