Rusiya ukraynalıları atəşə tutmaq üçün Zaporojye Atom Elektrik Stansiyasından hərbi baza kimi istifadə edir.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“İndi Rusiya ukraynalıları atəşə tutmaq üçün AES-dən hərbi baza kimi istifadə edir. Onlar Ukraynanın cavab atəşi açmayacağından əmindirlər. Çünki bu atəş təsadüfən nüvə reaktoruna və ya yüksək radioaktiv tullantıların anbarına dəyə bilər”, - o bildirib.
Blinkenin fikrincə, Kreml təhlükəli nüvə qılıncına əl atır:
“Vladimir Putin Ukraynanı dəstəkləyən ölkələri bütün tarix boyu heç vaxt görülməmiş nəticələrlə hədələyir”.