• 2 Oktyabr 2022
logo
Avropa təlaşdadır: ABŞ-Çin savaşı an məsələsidi

Avropa təlaşdadır: ABŞ-Çin savaşı an məsələsidi

ABŞ və Çin arasında Tayvandan dolayı yaşanan “söz davası” asanlıqla gərginləşməyə səbəb ola bilər. Proses Avropa paytaxtlarında diqqətlə izlənilir.

Bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilib ki, iki fövqəlgüc arasında gərginlik artmaqdadır. Pekin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana yaxın günlərdə mümkün səfərindən dolayı təhdidləri gücləndirir.

“Kulislərdə avropalı diplomatlar etiraf edirlər ki, açıq-aşkar təhlükə mövcuddur, vəziyyət nəzarətdən çıxa bilər. Analitiklər AB liderlərini diqqətli olmağa və qarşıdakı bəlalara hazırlaşmağa çağırırlar”, - deyə məqalədə bildirilib.

Qeyd edək ki, Pelosinin Tayvana səfərdən imtina etdiyi bildirilsə də, media onun bu gün qalmaqallı səfəri reallaşdıracağını yazıb.