• 23 Oktyabr 2024
logo
Pelosi Tayvana səfər edəcək

Pelosi Tayvana səfər edəcək - Təfərrüat

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-i Tayvanın paytaxtı Taybeyə uçacaq.
Bu barədə "ETtoday" məlumat yayıb.
Məlumata əsasən, Pelosi 20 nəfərlik nümayəndə heyəti ilə yerli vaxtla təxminən saat 22:30-da Sunşan hava limanına enəcək. Avqustun 3-də isə o, Tayvan parlamentinə baş çəkərək administrasiya rəhbəri Çay İnven də daxil olmaqla, adanın rəhbərliyi ilə görüşəcək.
Görüş başa çatdıqdan sonra günorta saatlarında Pelosinin adanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə yayılan məlumatda Pelosinin Tayvana səfər edəcəyi bildirilsə də, sonradan səfərdən imtina etdiyi barədə məlumat yayılıb.