• 4 İyun 2023
logo
Rusiya ilə bunu müzakirə etməyə hazırıq

Rusiya ilə bunu müzakirə etməyə hazırıq - Bayden

ABŞ Rusiya ilə nüvə də daxil olmaqla, yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır.
Bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan START III-nü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara sürətlə keçməyə hazırdır. Lakin danışıqlar hərəkətə keçməyə hazır olan vicdanlı tərəfdaş tələb edir”, - Bayden bildirib.
O xatırladıb ki, hətta Soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.