• 3 Oktyabr 2022
logo
“Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir”

“Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir”

“ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsinin Tayvana enib-enməyəcəyi beynəlxalq aləmin diqqət mərkəzindədir. Pekin Vaşinqtonu xəbərdar edib ki, Pelosinin təyyarəsinin Çinə adi Tayvana enməsi halında qarşıdurma qaçılmazdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. E.Şahinoğlu bildirib ki, bu arada, Çinin lideri Tsi Sinpin beynəlxalq aləmdə gərginliyin artdığına diqqət çəkərək ölkə ordusunun modernləşdirilməsi zərurətini bildirib: “Tis Sinpin bunu deyərkən Çinin milli təhlükəsizliyinə xarici təhdidlərin varlığına işarə edib. Tsi Sinpin xarici təhdid haqqında danışarkən ilk növbədə Amerika Birləşmiş Ştatlarını nəzərdə tutub. Ancaq Çinin qonşularıyla da münasibətləri normal deyil.
Tis Sinpin mövcud vəziyyətdə ordunun peşəkar kardrlarla təmin olunması vacibliyini vurğulayıb. Sinpin hesab edir ki, Çin ordusu standartlarını artırmalıdır. Bu hədəfə 5 il çatılması planlaşdırılır. Sinpin “orduya peşəkar kadrlar cəlb olunmalıdır” dedikdə həmin kadrları partiyanın siyasi xəttinə sadiq qalması vaciblyini də sözlərinə əlavə edib.
Tsi Sinpin ordunu nədən moderləşdirməyə və yeni kadrlarla təmin olunması vacibliyini səsləndirib?
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Çinin artan gücü də beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. ABŞ, Yaponiya, Avstraliya, Hindistan, hətta Vyetnam Çinin artan hədəflərindən narahatdırlar. Çinin Tayvan adasını ələ keçirmək planları da narahatlıq doğurur. Pekin Tayvan adasını nəzarətə götürəcəyini gizlətmir, sadəcə bunun nə zaman həyata keçiriləcəyi ilə bağlı hələ qərar verməyib. Pekin qarşısına belə bir hədəf qoyubsa ordusunu modernləşdirməli və müasir silahlar təhciz etməlidir. Tsi Sipinin “orduya cəlb olunanlar Kommunist Partiyasının siyasətinə sadıq qalmalıdırlar” fikri isə ona dəlalət edir ki, ordu komandanlığı patiyanın əmrlərini yerinə yetirməli və fərqli fikirlərə yer verilməməlidir”.

Əli