• 15 İyul 2025
logo
Ukrayna hərbçiləri işğalçıların Xersondakı hərbi hissəsinə hücum ediblər

Ukrayna hərbçiləri işğalçıların Xersondakı hərbi hissəsinə hücum ediblər

Ukrayna hərbçiləri Xersondakı işğalçıların hərbi hissəsinə hücum edib.
Bu barədə Facebook-da Xerson vilayət hərbi administrasiyası sədrinin müşaviri, Xerson vilayət şurasının deputatı Sergey Xlan məlumat verib.
"Xersonda işğalçıların Pestel küçəsindəki hərbi hissəsini dəqiq nişan alıb. Hücum nəticəsində səhər saat 5-dən sonra yenə səhər saat 10-a kimi yanğın davam edirdi".
Xlan əlavə etdi ki, şahidlər dağıntılar altında rusların qışqırdığını bildirirlər.
"Ruslar havaya atəş açır. Açıq-aşkar panikaya başlayırlar", - deyə deputat əlavə edib.