• 1 İyul 2025
logo
KİV: Şinzo Abeyə atəş açan şəxs bomba hazırlamaq istəyirmiş

KİV: Şinzo Abeyə atəş açan şəxs bomba hazırlamaq istəyirmiş - YENİLƏNİB

Baş nazirə atəş açan Tesua Yamaqami istintaqa ifadəsində bomba hazırlamağa cəhd etdiyini bildirib.
Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, onun evində axtarış zamanı kustar üsulla hazırlanmış odlu silah və partlaycılar açkar edilib. Təhlükəsizlik məqsədi ilə ətraf binalar boşaldılsa da, minaaxtaranlar tapılmış maddi sübutların heç bir təhlükə törətmədyini bildiriblər.
***
07.21

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.
Bu barədə NHK televiziyası məlumat yayıb.
41 yaşlı Tesua Yamaqami polis idarəsindən prokurorluğa gərtirilib və burada ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb.
Qeyd edək ki Şinzo Abeyə seçki kampaniyası çərçivəsində getdiyi Nara şəhərində odlu silahdan atəş açılıb. Xəstəxanaya aparılan siyasətçi bir neçə saat sonra dünyasını dəyişib. Atəş açan şəxsi mühafizə xidməti saxlayıb.