• 11 Avqust 2022
logo
Zelenski hərbi mükəlləfiyyətli şəxslərlə bağlı verilən qərarı ləğv edib

Zelenski hərbi mükəlləfiyyətli şəxslərlə bağlı verilən qərarı ləğv edib

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın hərbi mükəlləfiyyətli şəxslərin Ukraynanın vilayətləri arasında hərəkət qaydaları ilə bağlı qərarını ləğv edib.
Unian.net xəbər verir ki, o, qərarın ləğvi və yenidən işlənməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnıya göstəriş verib.
Ukrayna Baş Qərargahı hərbi mükəlləfiyyətli şəxslərin öz yaşayış bölgələrini yerli hərbi komissarlıqların icazəsi olmadan tərk edə bilməməsi ilə bağlı qərar vermişdi.
Zelenski yalnız hökumətin öz aktları ilə vətəndaşların hərəkət azadlığını məhdudlaşdıra biləcəyini xatırladaraq qərarın yenidən işlənməsinə göstəriş verib.