• 11 Avqust 2022
logo
Rusiya özünə böyük problemlər və itkilər gətirib

Rusiya özünə böyük problemlər və itkilər gətirib

Piontkovski: “Maksimum plan Slovyanskı almaqdır”

Rusiya prezidentinin Ukraynaya qarşı başlatdığı müharibə ölkənin özünə də böyük problemlər və itkilər gətirir. Sıravi rus vətəndaşları bunu hər gün öz üzərlərində hiss edirlər. Ötən gün Putin səfərbərliyə hazırlıqla bağlı yeni fərman imzalayıb. Amma bu səfərbərlik çərçivəsində heç kim döyüşə göndərilməyəcək, buradakı vəzifələr fərqlidir.
Bu barədə “FreeDom” layihəsinin süjetində deyilir.
“Hərbi ekspert Oleq Jdanovun dediyi kimi, Rusiyanın kifayət qədər canlı qüvvəsi, texnikası və komponentləri yoxdur. Buna görə də Rusiyada texniki səfərbərlik haqqında fərman imzalamaq qərarına gəliblər. Bununla da müəssisələr dövlət müdafiə sifarişini yerinə yetirməli, kadr toplamalı və gecə-gündüz çalışmalıdırlar. Bu həm dövlət, həm də özəl müəssisələrə aiddir. Onlar anbar yerlərindən və birbaşa döyüş bölgəsindən gələn avadanlığı təmir etməli olacaqlar. İnsanlara üçnövbəli işə keçmək və məzuniyyətdən geri çağrılmaq, həftə sonları və bayram günlərində işləmək çətindir. Bu yaxınlarda Rusiyanın Dövlət Duması Rusiya Silahlı Qüvvələrində və Milli Qvardiyada hərbi xidmət təcrübəsi olmayan məktəb məzunları ilə müqavilə bağlamağı təklif edib. Beləliklə, Kreml Rusiya ordusunun döyüş “gücünü” artıra biləcək”, - məlumatda deyilir.
Amerika Müharibənin Tədqiqi İnstitutunun yaydığı məlumat isə deyilir ki, Rusiya Slavyansk, Baxmut və Severskə hücum hazırlığını davam etdirir. Ukrayna Silahlı Qüvvələri rusları dəf edir və müəyyən uğurları ilə öyünə bilər.
“Rusiyanın Lisiçanskı ələ keçirdikdən sonra məqsədi Donetsk vilayətinin üç şəhəri idi: Baxmut, Seversk və Slavyansk. İndi onlar Lisiçanskdan Severskə doğru uğurlu irəliləyiş təmin etməyə çalışırlar. Düşmən Novoluqanskoye kəndinə soxulur, Ukrayna ordusunun Zaitsevoye və Kodema kəndləri yaxınlığındakı mövqelərini atəşə tutur. Rusiya Baxmutdan Qorlovkaya gedən magistral yolları ələ keçirmək istəyir. Əgər müvəffəq olsalar, Baxmuta hücum iki tərəfdən həyata keçiriləcək. Rus ordusunun Ukraynanın yeni şəhərlərini ələ keçirmək üçün bütün cəhdlərinə baxmayaraq, Ukrayna hərbçiləri döyüşür və düşmənin qarşısını alır.
Uğurlu əks-hücum əməliyyatı nəticəsində Ukrayna Silahlı Qüvvələri Donetskdən 30 kilometr aralıda yerləşən Solodka kəndini geri alıb. Ukrayna hərbçiləri Rusiyanın Donetsk vilayətinin Krasnopolye və Dolina kəndlərinə hücum cəhdlərini uğurla dəf ediblər. Bu qəsəbələr magistral yolun kənarında yerləşir. Ruslar onları ələ keçirə bilsəydilər, o zaman İzyum, Slavyansk və Baxmut arasındakı yol da düşmənin nəzarətində olardı.
Özünü dünyanın ikinci ordusu adlandıran Rusiya qoşunları Xarkov vilayətində növbəti uğursuzluğa düçar olub. Ukrayna Silahlı Qüvvələri düşmənə Sosnovka kəndinə basqın etməyə imkan verməyib, Prudyanka, Pitomnik və Dementyevkaya hücumu dəf edib”, - məlumatda deyilir.
Rusiyalı publisist Andrey Piontkovski isə deyib ki, Vladimir Putin hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin Lisiçanskdan çıxarılmasını Rusiya vətəndaşlarına “qələbə” kimi təqdim etmək olar. Üstəlik, Putinin təbliğatı artıq buna nail olub.
O hesab edir ki, bu cür nailiyyətlər Putinə hakimiyyəti saxlamağa yardım edir: Putin ruslara guya ilkin rus torpaqlarının qaytarılmasını "satır".
“Lisiçanskın işğalı üzərində "qələbə bayramı" növbəti reputasiyadır və bu, Kremlin strategiyasıdır. Putin bu “qələbə bayramı” ilə özünü inandırır və iki aydan sonra “Donetsk və Luqansk vilayətlərinin ərazi bütövlüyünün bərpası”nı qələbə kimi təqdim edə edə bilmək üçün xalqı hazırlayır”, - ekspert deyib.
Onun sözlərinə görə, Putin təkcə Donbası deyil, Xerson və Zaporojye vilayətlərini də ələ keçirmək niyyətindədir - çünki bu, növbəti "qələbə" olacaq.
"Putin əmindir ki, Donbasın ələ keçiriləcəyi təqdirdə onun hakimiyyətinə heç bir təhlükə olmayacaq. Kremlin planı belədir - yaxın iki ayda, Ukraynaya kifayət qədər Qərb silahları gələnə qədər "daha bir neçə parça" götürmək. Maksimum plan Slovyanskı almaqdır”, - Piontkovski vurğulayıb.
Cavid