Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığının fraqmentlərinin yayılmasına münasibət bildirib.
Lavrov Fransanın bu addımının diplomatik etikaya uyğun olmadığını söyləyib.
"Düşünürəm ki, əlbəttə, diplomatik etika qeydlərin belə birtərəfli sızmasını nəzərdə tutmur", - deyə Rusiya XİN başçısı Vyetnama səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.